Ronaldonu sosial şəbəkələrdə izləyənlərin sayı 1 milyardı keçdi

Ronaldonu sosial şəbəkələrdə izləyənlərin sayı 1 milyardı keçdi

Dünya futbol ulduzu Kristiano Ronaldo növbəti rekord göstəriciyə imza atıb.

Mediasport.az xəbər verir ki, 39 yaşlı canlı əfsanə sosial şəbəkələrdə ümumilikdə bir milyard izləyici sayını keçib.

Portuqaliya milli komandasının kapitanı "X" hesabında paylaşım edərək tarix yazdqıqlarını qeyd edib:

“Biz tarix yazdıq – 1 milyard izləyici! Bu, sadəcə bir rəqəmdən daha çoxdur, bu, bizim ümumi təəşşüqümüzün, əzmimizin və oyuna və təkcə oyuna deyil, sevgimizin sübutudur”.

Xatırladaq ki, karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən forvard “Instagram”, “Facebook”, “X” sosial şəbəkələri, həmçinin “YouTube”, “Kuaishou” və “Weibo” istifadəçisidir.