"Zirə" və "Sumqayıt"da oynamış forvard Butan klubuna keçdi
Azərbaycanda 2 dönəm "Zirə"də çıxış etmiş Riçard Qadze karyerasını Butanda davam etdirəcək.
Mediasport.az xəbər verir ki, qanalı hücumçu Butan Premyer Liqasında yarışan "Paro" ilə müqavilə bağlayıb.
"Paro" ölkəsinin ən titullu klubudur. 2018-ci ildə yaradılmış kollektiv 4 dəfə (2019, 2021, 2022, 2023) ölkə çempionu olub.
2017-2018 və 2019-2020-ci illərdə ölkəmizdə "qartallar"ın formasını geyinmiş Qadze 2022-2023-cü illər mövsümünü "Sumqayıt"da keçirib.
30 yaşlı forvard son olaraq Hindistanın "Racastan Yunayted" klubunda çıxış edib.