"Qarabağ"ın üzvü AVRO-2024-də!

"Qarabağ"ın üzvü AVRO-2024-də!

Tarixində ilk dəfə futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Gürcüstan milli komandasının yarış üçün ilkin heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, fransalı baş məşqçi Villi Sanyolun genişləndirilmiş siyahısında "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili də yer alıb.

Yekun heyətə 26 futbolçu daxil ediləcək. Qitə birinciliyinə yollanmalı heyətdə 4-cü qolkiperin olmadığını nəzərə alsaq, Lukanın əsas komanda ilə Almaniyaya gedəcəyi şübhə doğrumur.

Düşərgəyə çağırılanlar arasında "Neftçi"nin sabiq müdafiəçisi Solomon Kvirkveliya, həmçinin "Qəbələ" və "İnter"in (indiki "Şamaxı"-red.) keçmiş yarımmüdafiəçisi Nika Kvekveskiri də var.

Gürcüstan yığması F qrupunda Portuqaliya, Türkiyə və Çexiya ilə mübarizə aparacaq.

Qapıçılar: Giorgi Mamardaşvili ("Valensiya", İspaniya), Giorgi Loria ("Dinamo" Tbilisi), Luka Quqeşaşvili ("Qarabağ", Azərbaycan);

Müdafiəçilər: Solomon Kverkveliya ("Əl-Oxdud", Səudiyyə Ərəbistanı), Giorgi Qvelesiani ("Persepolis", İran), Quram Kaşia ("Slovan", Slovakiya), Cimmi Tabidze ("Panetolikos", YUnanıstan), Laşa Dvali (APOEL, Kipr), Luka Loxoşvili ("Kremoneze", İtaliya), Otar Kakabadze ("Krakoviya", Polşa), Giorgi Qoçoleişvili ("Şaxtyar" D., Ukrayna);

Yarımmüdafiəçilər: Giorgi Çakvetadze ("Uotford", İngiltərə), Anzor Mekvabişvili ("Universitatya Krayova", Rumıniya), Jaba Kankava ("Slovan", Slovakiya), Otar Kiteişvili ("Şturm", Avstria), Nika Kvekveskiri ("Lex", Polşa), Giorgi Koçoraşvili ("Levante", İspaniya), Sandro Altunaşvili ("Volfsberger", Avstria), Levan Şengeliya ("Panetolikos", YUnanıstan), Giorgi Tsitaişvili ("Dinamo" Batumi, Saba Lobcanidze ("Atlanta Yunayted", ABŞ).

Hücumçular: Xviça Kvaratsxeliya ("Napoli", İtaliya), Budu Zivzivadze ("Karlsrue", Almaniya), Zuriko Davitaşvili ("Bordo", Fransa), Giorgi Kvilitaya (APOEL, Kipr), Giorgi Mikautadze ("Mets", Fransa).