Bakıda bu medallar veriləcək

Bakıda bu medallar veriləcək

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin medalları təqdim olunub.

mediasport.az xəbər verir ki, medalların ön tərəfində yarışın loqosu, Azərbaycan Respublikasının xəritəsi, turnirin tarixi və adı həkk olunub.

Arxa hissədə isə Beynəlxalq Cüdo Federasiyasının loqosu yer alıb. Böyük Dəbilqə turniri 4-6 noyabr tarixlərində keçiriləcək və idmançılar 14 dəst medal uğrunda mübarizə aparacaqlar.