"Sabah" - "Beşiktaş" xeyriyyə matçından toplanan gəlir açıqlandı

"Sabah" - "Beşiktaş"  xeyriyyə matçından toplanan gəlir açıqlandı

Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Sabah” – “Beşiktaş” xeyriyyə matçından əldə edilən gəlir açıqlanıb.

mediasport.az xəbər verir ki, qarşılaşmanın gəlirləri 718019 manat təşkil edib.

Matçdan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.