"Sabah" Skopyedə ikinci qələbəsini qazanıb - FİBA Avropa Kuboku

"Sabah" Skopyedə ikinci qələbəsini qazanıb - FİBA Avropa Kuboku

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda ikinci oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada yerli “Rabotniçki” ilə üz-üzə gəlib.

İlk turda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən təmsilçimiz gərgin keçən görüşdə 83:81 hesablı əzmkar qələbə qazanıb.

Qrupun digər görüşündə Rumıniyanın “Rapid” klubu “Donar”a qalib gəlib - 69:65.

A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də “Rapid”ə qarşı keçirəcək.

Hər iki komanda ilk iki qarşılaşmasında qələbə qazandığından, son duel duel növbəti mərhələyə vəsiqə qazanmaq baxımından finala bərabər olacaq.