"Sabah" İtaliyada Almaniya Bundesliqası klubu ilə qarşılaşacaq
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.
MediaSport.az xəbər verir ki, komanda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli” ilə qarşılaşacaq.
Görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00) İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, Murad Musayevin komandası ilk yoxlama matçı çərçivəsində Qətərin "Əl-Sədd" klubunu məğlub edib - 3:1.