"Neftçi"nin potensial rəqibi Konfrans Liqasındankənarlaşdırıldı
UEFA İsrail Futbol Federasiyasının İntizam Komitəsi ıı təsnifat mərhələsində "Neftçi"yə rəqib ola biləcək "Beytar" klubunu Konfrans Liqasında iştirakdan məhrum edib.
mediasport.az xəbər verir ki, buna Yerusəlim klubunun azarkeşləri səbəb olublar.
Fanatlar "Beytar"ın 3:0 hesabı ilə qalib gəldiyi ölkə kubokunun finalından sonra mükafatlandırma mərasiminin keçirilməsinə imkan verməyiblər, meydanda çaxnaşma yaranıb. İsrail prezidenti İsaaq Hersoq arendan təhlükəsizlik əməkdaşlarının sayıqlığı nəticəsində xəsarətsiz çıxarılıb.
20 min dollar cərimə edilən klub KL-ə də buraxılmayacaq. "Beytar" həmçinin qarşıdakı mövsümə -3 xalla başlayacaq.