"Sabah" xorvatiyalıya görə 1 milyon manata yaxın təzminat ödəyib
"Sabah" yeni transferi İvan Lepinitsa üçün təxminən 1 milyon manata yaxın vəsait xərcləyib.
Mediasport.az xəbər verir ki, bu barədə nüfuzlu "Transfermarkt" portalında məlumat yer alıb.
Qeyd edilib ki, Azərbaycan klubu xorvatiyalının keçidi üçün “Slaven"ə (Belupo) 500 min avro (təxminən 911 min manat-red.).
Daha əvvəl Xorvatiya mətbuatı transfer qiymətinin 400 min avro olduğunu yazmışdı.
Xatırladaq ki, Masazır təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlayıb.