"Sabah"da yeni məşqçi - RƏSMİ

"Sabah"da yeni məşqçi - RƏSMİ

“Sabah” basketbol komandasının yeni baş məşqçisi Rimas Kurtinaytisin köməkçisi məlum olub.

Mediasport.az xəbər verir ki, bu vəzifəyə serbiyalı mütəxəssis Qoran Milyeviç gətirilib.

Artıq Bakıda olan 55 yaşlı məşqçi bu gün kollektivə təqdim olunacaq.

Bunadək “Sabah” klubunda baş məşqçi əvəzi olan Nikola Bozinovski ilə bağlı yekun qərarı isə Rimas Kurtinaytis verəcək.

Qeyd edək ki, Qoran Milyeviç daha əvvəl İsrailin “Hapoel Eilat”, Slovakiyanın “Luçenets”, Almaniyanın "Karlsrue" və Səudiyyə Ərəbistanının “Əl-Ansar” komandalarında işləyib.