"Sabah" 250-ci qolu "Səbail"ə vurdu

  "Sabah" 250-ci qolu "Səbail"ə vurdu

"Sabah" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Səbail"i məğlub edib (4:2).

Mediasport.az xəbər verir ki, atmçdakı sonuncu qol Masazır təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 

"Sabah" 250-ci qolu 183-cü oyunda vurub. Paytaxt təmsilçisinin ilk qolunu 2018-ci il avqustun 12-də Marko Deviç vurub.

O, "Keşlə" ilə səfər qarşılaşmasında penalti ilə qələbə topuna imza atıb - 1:0.