Milli komandamızın Türkiyə toplanışı başa çatıb

  Milli komandamızın Türkiyə toplanışı başa çatıb

13 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin "Fənərbağça" klubunun akademiyasında təlim-məşq toplanışını yekunlaşdırıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Vasili Mçedlişvilinin çalışdırdığı yığma hazırlıq prosesində yerli klublarla yoxlama oyunları keçirib.

Toplanışın əsas məqsədi bu gün İstanbul şəhərində start götürən "Avropa Gənc Basketbol Liqası" turnirinə hazırlaşmaq idi.

U-13 həmin yarışda Türkiyənin "Baxçaşəhər", "Saudiyə", İstanbul Akademiyası" və Rumıniyanın "Dan Dacian" klublarının müvafiq yaş qrupundan ibarət kollektivləri ilə qarşılaşacaq.