"Sabah"ın rəqibi Gəncə klubu oldu - Azərbaycan Basketbol Liqası
Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində ikinci finalçı da müəyyənləşib.
mediasport.az xəbər verir ki, NTD və "Gəncə" komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu keçirilib.
İki əlavə vaxtın oynanıldığı gərgin və prinsipial duel Qərb təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 106:103. Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 12 ribaund), "Gəncə"dən Cared Smol (21 xal, 8 ribaund) olub.
Bu nəticə ilə yarımfinal seriyasını 2:1 hesabı ilə qalib tamamlayan "Gəncə" finalda "Sabah"la qarşılaşmaq imkanı qazanıb.