Azərbaycan Kuboku: "Neftçi" yarımfinala qrup lideri kimi çıxıb
Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki matç baş tutub.
Mediasport.az xəbər verir ki, əvvəlcə "Xırdalan" və "Sumqayıt" komandaları qarşılaşıblar.
Bakı təmsilçisi 89:83 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular "Xırdalan"dan Teyvion Körk (20 xal, 5 ribaund), "Sumqayıt"dan Nəzər Quliyev (21 xal, 8 ribaund) olublar.
Qrup liderliyi uğrunda dueldə isə "Neftçi" "Xəzri"dən üstün olub - 80:67.
Ən məhsuldar basketbolçular "Neftçi"dən Kamran Məmmədov (26 xal, 4 ribaund), "Xəzri"dən Oubri Makalpayn (26 xal, 5 ribaund) seçilib.
Qeyd edək ki, B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına bu gün keçiriləcək "Sabah" - "NTD-İndiqo" görüşündən sonra aydınlıq gələcək.