Fransalı yarımmüdafiəçi ilə alban forvard "Şamaxı"da - RƏSMİ

Fransalı yarımmüdafiəçi ilə alban forvard "Şamaxı"da - RƏSMİ

"Belajdi Pusi ilə ilkin razılığımız olub. Qeyri-adi hadisə baş verməsə, yaxın günlərdə müqavilə bağlayacağıq. Fransalı Brahim Konateyə gəlincə, məsələ, demək olar, həllini tapıb".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Bölgə klubunda işə başlayan gənc mütəxəssis Premyer Liqada sabit komanda və büdcəyə uyğun heyət formalaşdıracaqlarını qeyd edib:

"Məqsədimiz Premyer Liqada stabil çıxış edəcək kollektiv yaradıb möhkəmlənməkdir. Hazırda danışdığımız, maraqlandığımız futbolçular var. Neçəsini transfer edəcəyimizi dəqiq deyə bilmərəm. Çətinlik yerli oyunçularla bağlıdır, tapmaq çox çətindir. Büdcənin imkan verdiyi qədər legioner transferi edəcəyik".

Xatırladaq ki, ötən ay "Turan Tovuz"dan ayrılan Ayxan Abbasov yenidən Premyer Liqaya qayıdan Şamaxı təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Albaniyalı Belajdi Pusi çalışdırıcının qərb klubunda rəhbərliyi altında oynadığı forvard olsa da, Konate yeni simadır. 28 yaşlı yarımmüdafiəçi son olaraq İsrailin "Hapoel" (Afula) klubunda çıxış edib.

Bura qədər Fransada "Oser", "Nim" və "Şamo", İspaniyada "Fuenlabrada", "Rayo Mayadahonda", Litvada isə "Kauno"nun formasını geyinib.