"Kəpəz"in qıcolma tutması keçirən legionerinin son durumu açıqlandı
"Kəpəz" Azərbaycan Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan"a uduzub - 0:1.
Mediasport.az xəbər verir ki, qarşılaşmanın sonlarında ciddi zədə alan "Kəpəz"in futbolçusu Yeqor Xvalkonun son durumu ilə bağlı məlumat verilib.
Rəqib futbolçu ilə toqquşmadan sonra qıcolma tutması keçirən Xvalkonun vəziyyəti yaxşıdır. Xəstəxanaya aparılan kapitan müvafiq müayinələrdən keçirilib və səhhətində problem aşkarlanmayıb.