Şamaxıda DAVA düşdü - VİDEO
Premyer Liqanın 15-ci turunun az əvvəl başa çatan “Şamaxı” - “Kəpəz” (1:1) oyununun son dəqiqələrində gərginlik yaşanıb.
mediasport.az xəbər verir ki, matça əlavə olunmuş dəqiqələrdə qonaq “Kəpəz”in futbolçusu Giorgi Kantariya rəqib futbolçuya qarşı kobud oynayıb.
Bundan sonra meydanda hər iki komanda üzvləri arasında gərginlik yaşanıb. Bir-birinin üstünə şığıyan futbolçuları ehtiyat skamyadakılar və məşqçilər sakitləşdirməyə çalışıb.