Bölgə klubunun vidalaşdığı futbolçuların sayı 10-a çatdı
Nöbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, hücumçu Bəhruz Teymurovla başa çatan müqavilə yenilənməyib.
Xatırladaq ki, daha əvvəl baş məşqçi Ramiz Məmmədov və məşqçilər korpusunu yola salan bölgə təmsilçisi futbolçulardan Əkpər Vəliyev, Süleyman Damadayev ("Qəbələ"), Elçin Qasımov ("Turan Tovuz"), Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli və Roman Hüseynovla da vidalaşıb.