"Şamaxı"nın Müşahidə Şurasının üzvü vəzifəsindən çıxarıldı - YENİ TƏYİNAT
Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib.
mediasport.az saytına verilən məlumata görə, o, Mədəniyyət Nazirliyinin Kino Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Orxan Fikrətoğlu "Şamaxı" futbol klubunun Müşahidə Şurasındakı fəaliyyətini davam etdirir. Komanda geridə qalan mövsüm Premyer Liqadakı yerini qoruya bilməyərək Birinci Diviziona düşüb.