"Sabah"dan qalmaqallı şəkildə ayrılan Coy-Lens Mikelsin Bakıya gəlməsinin MARAQLI SƏBƏBİ

"Sabah"dan qalmaqallı şəkildə ayrılan Coy-Lens Mikelsin Bakıya gəlməsinin MARAQLI SƏBƏBİ

"Sabah"dan qalmaqallı şəkildə ayrılan Coy-Lens Mikels bu gün Bakıya gələcək.

Mediasport.az saytına verilən məlumata görə, almaniyalı forvardın Azərbaycana ziyarəti şəxsi məsələlərə görədir.

Karyerasını Səudiyyə Ərəbistanının "Əl-Faysal" klubunda davam etdirən 29 yaşlı hücumçu Bakıda yaşadığı illərdə aldığı bahalı mənzilini satmaq üçün təşrif buyurur.

Masazır klubunda 2021/2023-cü illərdə forma geyinmiş Mikels şəhərin mərkəzindən dəbdəbəli mənzil alıb. Ölkəmizdəki dostları ona evi kirayə verməyi məsləhət görsələr də, forvard satmaq variantına üstünlük verib.