İngiltərə milli komandası qol buraxmadan Avropa çempionu oldu

İngiltərə milli komandası qol buraxmadan Avropa çempionu oldu

Gürcüstan və Rumıniyanın birgə təşkilatçılığı ilə keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Acarabet Arena"da keçirilən final qarşılaşmasında İngiltərə və İspaniya futbolçuları qarşılaşıblar.

Böyük britaniyalılar tarixlərində 3-cü dəfə Kuboka sahib çıxıblar.

İlk hissəyə əlavə olunmuş 4-cü dəqiqədə Körtis Consun vurduğu qol yeganə olub. 5-qat Avropa çempionu 90+8-ci dəqiqədə penalti vurmaq imkanı qazansa da, Abel Ruiz şansı qaçırıb.

Maraqlıdır ki, ingilislər bu çempionluğu qapılarında qol görmədən təmin ediblər.