Çempionlar Liqasında əsas raunda vəsiqə qazananlar müəyyənləşdi
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" Bakıda "Dinamo"ya (Zaqreb) uduzub.
"Slovan" (Slovakiya), "Srvena Zvezda" (Serbiya) və "Lill" (Fransa) turnirin əsas mərhələsinə yüksəlib.
Srağagünkü cavab görüşlərindən sonra "Yanq Boys" (İsveçrə), "Sparta" (Praqa, Çexiya) və "Zalsburq" (Avstriya) liqa mərhələsinə adını yazdırıb.
"Qarabağ" (Azərbaycan), "Midtyulland" (Danimarka), "Bude-Qlimt" (Norveç), "Slaviya" (Praqa, Çexiya), "Qalatasaray" (Türkiyə), "Malmö" (İsveç) və "Dinamo" (Kiyev, Ukrayna) cari mövsüm yoluna UEFA Avropa Liqasında davam edəcək.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab matçları
28 avqust
"Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:2 (ilk oyun - 0:3)
"Slovan" (Slovakiya) - "Midtyulland" (Danimarka) 3:2 (ilk oyun - 1:1)
"Srvena Zvezda" (Serbiya) - "Bude-Qlimt" (Norveç) 2:0 (ilk oyun - 1:2)
"Slaviya" (Praqa, Çexiya) - "Lill" (Fransa) 2:1 (ilk oyun - 0:2)