AFFA Rusiyada oynayan bu futbolçunu milliləşdirir, "Neftçi"yə gəlir! - FOTO

AFFA Rusiyada oynayan bu futbolçunu milliləşdirir, "Neftçi"yə gəlir! - FOTO

AFFA "Ximki"nin Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyevi milliləşdirir.

mediasport.az xəbər verir ki, bu barədə Rusiyanın "eurostavka.ru" saytı məlumat yayıb.

İddiaya görə, Ayazın Azərbaycan pasportu alması an məsələsidir və bunda "Neftçi"nin müdafiəçisi Azər Əliyevin rolu olub. Üstəlik artıq Quliyevin ölkəmizdə də çıxış edəcəyi qeyd olunub.

Bildirilir ki, "Neftçi" 26 yaşlı yarımmüdafiəçini transfer etmək üçün Rusiya klubuna 300 min avro müqabilində rəsmi müraciət ünvanlamağa hazırlaşır. "Ximki" isə Ayazın transferindən azı 500 min avro qazanmaq istəyir. Klublar arasında bu istiqamətdə müzakirə davam etdirilir.

Ayazın Rusiya klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.