Səudiyyə Ərəbistanı və Tailand yığmalarından əzmkar qələbələr - Asiya Kubokunda 2-ci tur başlanır

Səudiyyə Ərəbistanı və Tailand yığmalarından əzmkar qələbələr - Asiya Kubokunda 2-ci tur başlanır

Qətərdə 18-ci Asiya Kuboku yarışının final mərhələsinin oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, dünən keçirilən qarşılaşmalarda Tailand Qırğızıstanı (2:0), Səudiyyə Ərəbistanı Omanı (2:1) məğlub edib.

Məşhur baş məşqçi Roberto Mançininin çalışdırdığı Səudiyyə Ərəbistanı geri dönüş edib və əsas vaxtın sonuna əlavə edilmiş 6-cı dəqiqədə qələbə qolunu vurub.

Bu gün turnirin qrup mərhələsində 2-ci tura start veriləcək və A qrupundan 2 qarşılaşma keçiriləcək.

Asiya Kuboku

F qrupu

15:30 Livan - Çin

18:30 Tacikistan - Qətər