Yığmalarımız Avropa çempionatını medallarla başa vurublar
Azərbaycanın U-21, U-23 və böyüklərdən ibarət sumo komandaları Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış ediblər.
Mediasport.az xəbər verir ki, U-21-in heyətində Abdullah Şərif (85 kq) qızıl, Cavidan Nəhmətov (77 kq) və Fərid Əhmədov (92 kq) bürünc medal qazanıb.
Abdullah Şərif U-23-ün tərkibində gümüş, Cavidan Nəhmətov isə bürünc medala layiq görülüb. Onlardan başqa Xasay Yusif (115 kq və mütləq çəki) 2, Məhəmməd Əliyev (70 kq) 1 bürünc medal əldə edib.
Abdulah Şərif böyüklər arasında da nəticə verib, idmançımız 3-cü olub. Həmçinin, Çingiz Səmədov (100 kq) gümüş, Rəsul Məmmədzadə (77 kq) bürünc medaa sahib çıxıb.
Bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.