Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq - Avropa çempionatı
Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.
Mediasport.az xəbər verir ki, Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Zelim Tçkayev (81 kq) medal qazanmağa çalışacaq.
Son Avropa çempionu Heydərov 1/16 finalda Abdul Malik Umayevlə (Belçika), Məmmədəliyev 1/32 finalda Turpal Coukayevlə (Finlandiya), Tçkayev isə 1/32 finalda Oskari Makinenlə (Finlandiya) qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq.
Ölkəmiz yarışda 11 idmançı ilə təmsil olunur və ilk gündə Azərbaycanın 5 cüdoçusundan heç biri medal qazana bilməyib.
48 kq-da Leyla Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva, 60 kq-da Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da isə Yaşar Nəcəfov uğursuz çıxış edib.