"Sumqayıt" antirekordunu təkrarladı
“Sumqayıt” Premyer Liqanın I dövrəsində ən az qol vuran komanda olub.
MediaSport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi 9 oyunda yalnız bir dəfə fərqlənib.
Bu, Azərbaycan çempionatlarının 30 illik tarixində müvafiq dövr üçün ən aşağı göstəricidir. Sumqayıtlılar 1996/97 mövsümündə qeydə alınan antirekordu təkrarlayıb. 26 il əvvəl “Şəmkir” 9 matçda cəmi 1 qol vurub. Həmin vaxt 9 görüşdə xal da qazanmayan qərblilər texniki məğlubiyyəti top fərqində nəzərə almasaq 44 qol buraxıb. 4 xala malik “Sumqayıt” 11 dəfə topu qapısında görüb.