Şeydayevdən Türkiyədə ilk qol, "Kocaelispor"dan qələbə - VİDEO

Şeydayevdən Türkiyədə ilk qol, "Kocaelispor"dan qələbə - VİDEO

Türkiyə 1-ci Liqasında 31-ci turun matçları keçirilir.

Mediasport.az xəbər verir ki, dünən daha 3 qarşılaşma baş tutub.

Azərbaycan millisinin üzvləri - Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" evdə "Giresunspor"u məğlub edib (2:0). Ramil bu oyunda ilk qolun müəllifi olub. Eyni zamanda, o, bu qollar 1-ci Liqa təmsilçisində qol hesabını açıb.

Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" "Göztəpə" ilə heç-heçə edib (1:1). Müdafiəçi oyuna start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.

Buna qədər keçirilən oyunlarda Sertan Taşkının komandası "Manisa BBSK" "Eyüpspor"la heç-heçə edib (2:2), Coşqun Diniyevli "Ümraniyəspor" Vüsal İsgəndərlinin uğurları üçün çalışdığı "Boluspor"a uduzub (0:1).

Türkiyə 1-ci Liqası. 31-ci tur

14 aprel

"Tuzlaspor" - "Göztəpə" 1:1

"Kocaelispor" - "Giresunspor" 2:0