"Sumqayıt"da qalmayan forvard 1-ci Liqa klubuna transfer edildi
Ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan Kazimir Ninqanın yeni klubu məlum olub.
Mediasport.az xəbər verir ki, 31 yaşlı çadlı hücumçu karyerasını Küveytdə davam etdirəcək.
Təcrübəli forvard səviyyəcə ikinci sayılan 1-ci Liqa klubu "Əl-Tadamun"la anlaşıb.
Ninqa Fərvaniyə təmsilçisi ilə mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağlayıb.