"Qəbələ"nin legioneri 50-yə çatdı
“Qəbələ”nin futbolçusu Omar Hani Azərbaycan çempionatında 50-ci oyununu keçirib.
mediasport.az xəbər verir ki, iordaniyalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXXI turuna təsadüf edib.
24 yaşlı legioner “Sumqayıt”la səfər görüşündə - 0:2 hesabı ilə geridə olduqları matçda komandasının ilk qolunu vurub.
Hani Premyer Liqada 2021-ci il sentyabrın 11-də “Sabah”la səfər matçında (2:0) debüt edib. O, ötən mövsüm 21, cari çempionatda 29 dəfə meydana çıxıb. İordaniyalı futbolçu bu qarşılaşmalarda 3 qola imza atıb. Omar “Qəbələ”nin forması ilə Premyer Liqada 50 və daha çox oyun keçirən 36-cı futbolçudur.