Türkiyə klubunun futbolçusu Azərbaycan yığmasına dəvət alıb
Türkiyənin 1-ci Liqa təmsilçisi "Boluspor" klubunun futbolçusu Vüsal İsgəndərli Azərbaycan millisinə çağırılıb.
Mediasport.az spor14.com saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumameylli yarımmüdafiəçi bu ay “FİFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar üçün yığmaya cəlb ediləcək.
İsgəndərlinin martın 17-də millinin düşərgəsinə qoşulacağı qeyd olunub.
Qeyd edək ki, turnirin görüşləri Bakıda təşkil ediləcək.
Vüsal İsgəndərli yığmada son dəfə 2020-ci ildə forma geyinib. Vüsal millidə 3 oyun keçirib.
O, 2024-cü ilin əvvəlində Albaniyanın "Eqnatia" klubundan ayrılaraq Bolu təmsilçisi ilə 1,5 illik müqavilə bağlayıb.