Bakı klubunda ARA QARIŞDI: Əlbəyaxa dava, təpik-yumruq...
Son 3 turda qələbə qazana bilməyən “Səbail”də xoşagəlməz hadisə yaşanıb.
Mediasport.az saytına verilən məlumata görə, Bayıl klubunun məşqində dava düşüb.
Yadin Luqasi ilə Bahadur Həziyev əlbəyaxa davaya çıxıblar.
Hadisə ikili mübarizədə israilli legionerin ayağının əzilməsindən sonra qeydə alınıb.
Həziyevin üzərinə yeriyən Luqasi qarşı tərəfdən sərt rekasiya görüncə bir-birilərinə əl-qol atmağa başlayıblar, yumruq-təpik davasını komanda yoldaşları yatızdırıb.
"Dənizçilər"in baş məşqçisi Şahin Diniyevin cəzası hər iki futbolçunun maddi cərimə edilməsi və əvəzedici heyətə göndərilməsi olub.