"Qarabağ" və "Azəryol" 4-cü turda rəqiblərini darmadağın ediblər

"Qarabağ" və "Azəryol" 4-cü turda rəqiblərini darmadağın ediblər

Qadın həndbolçular arasında Azərbaycan çempionatında 4-cü turun oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, açılış matçında "Qarabağ" və "İdman Akademiyası" komandaları üz-üzə gəliblər.

Görüş Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 43:16.

Günün digər qarşılaşmasında isə “Azəryol” “Bakı” klubunu 42:7 hesabı ilə darmadağın edib.

Tura dekabrın 9-da keçiriləcək "Gənclər Birliyi” – “Kür” görüşü ilə yekun vurulacaq.