"Technoxian-2024": Azərbaycan Hindistanda dünya çempionu oldu

"Technoxian-2024": Azərbaycan Hindistanda dünya çempionu oldu

Hindistanın Nyu Dehli şəhərində gənclər və yeniyetmələr arasında "Technoxian-2024” dünya robot çempionatının final raundu keçirilib.

Mediasport.az xəbər verir ki, robotexnika üzrə Azərbaycan milli komandası ən yüksək nəticəni göstərərək dünya çempionu olub.

8 komanda ilə yarışan yığmamız "RC Craft" kateqoriyası üzrə 1 qızıl, "FPV Drone" və "Drone Soccer" kateqoriyaları üzrə isə 2 bürünc medala yiyələnib.

Ölkə sıralamasına görə Azərbaycan dünya miqyasında birinci olub.