Təmsilçimiz Almaniyada birinci oldu
Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub.
mediasport.az xəbər verir ki, qrossmeysterimiz sonuncu turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib.
Yekunda 6,5 xal toplayan Səfərli yarışı birinci pillədə başa vurub. 7 turdan ibarət turnirdə 188 şahmatçı mübarizə aparıb