Fatih Terimin komandasının oyununu Ağayev idarə edəcək
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasına dəvət alıb.
Mediasport.az xəbər verir ki, bu barədə "Yellowradio.gr" saytı məlumat yayıb.
Qeyd olunub ki, ədalət təmsilçisi türkiyəli məşhur Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos"un "Aris"lə görüşünü idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli köməklik göstərəcək. AVAR-da digər FİFA referisi Kamal Umudlu iş başında olacaq.
Matç aprelin 28-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.