"Neftçi"yə tabe olan klubda baş məşqçi göndərildi, yenisi gətirildi
Azərbaycan 1-ci Liqasında daha bir baş məşqçi istefası reallaşıb.
Mediasport.az xəbər verir ki, mövsümə uğursuz başlayan "Qaradağ Lökbatan"da uğursuz starta görə Azər Həşimov yola salınıb.
Komandanı bundan sonra Azərbaycan millisinin keçmiş üzvü Amit Quluzadə çalışdıracaq.
Qəsəbə təmsilçisi ötən mövsümün ilk dövrəsində 2-ci Liqada "Füzuli"nin baş məşqçisi olmuş sabiq yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Xatırladaq ki, "Neftçi" İdman Klubunun nəzdində fəaliyyət göstərən Qaradağ təmsilçisi mövsümdə geridə qalan 3 turda "Karvan", "Qəbələ" və "Zaqatala"ya məğlub olub
Liqada daha əvvəl Elgiz Kərəmli "Difai"nin "sükanı"nı tərk edib.