TFF bütün oyunları təxirə salıb, klub prezidenti saxlanılıb

TFF bütün oyunları təxirə salıb, klub prezidenti saxlanılıb

Türkiyə Futbol Federasiyası ölkədə bütün futbol yarışlarını təxirə salıb.

Mediasport.az xəbər verir ki, buna səbəb ötən gecə Superliqanın 15-ci turunun “Rizəspor”la oyunundan (1:1) sonra “Ankaragücü”nun prezidenti Faruk Kocanın görüşün baş hakimi Halil Umut Melerə hücum çəkərək onu yumruqla vurması olub.

Türkiyə Futbol Federasiyasının yaydığı məlumatda bildirilib ki, alçaq hücum təkcə Halil Umut Melerə qarşı həyata keçirilməyib: " Bu qeyri-insani hücum bütün türk futboluna qarşı edilib. Hadisəni törədən şəxslər barəsində cinayət işi başlanıb".

Məsul klub, klub prezidenti, menecerləri və Halil Umut Melerə hücum edən bütün cinayətkarlar ən ağır şəkildə cəzalandırılacaq. Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin qərarı ilə bütün liqalarda oyunlar qeyri-müəyyən müddətə təxirə salınıb”.

Qeyd edək ki, artıq Faruk Koca Halil Umut Melerə təpik vuran 2 nəfərlə birlikdə saxlanılıb.