Tovuz stadionunda QORXULU ANLAR - Projektor meydana aşdı, oyun yarımçıq dayandırıldı - VİDEO

 Tovuz stadionunda QORXULU ANLAR - Projektor meydana aşdı, oyun yarımçıq dayandırıldı - VİDEO

Azərbaycan Premyer Liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu yarımçıq dayandırılıb.

Mediasport.az xəbər verir ki, görüşün ikinci hissəsində başlayan güclü külək stadionda ciddi təhlükə yaradıb.

Nəticədə matçın 81-ci dəqiqəsində arenanın projektorlarından biri küləyin gücünə dözməyərək meydana aşıb.

Stadiona toplaşmış azarkeşlər, futbolçular dərhal evakuasiya ediliblər, qarşılaşma başa çatdırılmayıb.

Matçın sabah keçiriləcəyi bildirilir.