Futbol veteranları ilə məhbuslar yaşıl meydanda üz-üzə gəldilər

Futbol veteranları ilə məhbuslar yaşıl meydanda üz-üzə gəldilər

Futbol veteranları ilə məhbuslar arasında yoldaşlıq oyunu keçirilib.

mediasport.az xəbər verir ki, qarşılaşma futbol veteranlarının 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra Gənclər və İdman Nazirliyinin əməkdaşları məhbuslara idman ləvazimatları hədiyyə ediblər.

Oyunun təşkilində məqsəd məhbusların idman vasitəsilə sosial fəaliyyətlərdən yararlanaraq gələcəkdə cəmiyyətdə layiqli yer tutmasına dəstək olmaqdır.