Şotlandiya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb
Futbol üzrə Şotlandiya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Stiv Klark 26 futbolçudan ibarət son sifariş ərizəsini UEFA-ya təqdim edib.
Britaniyalılar iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək yarışın A qrupunda Macarıstan, İsveçrə və Almaniya ilə mübarizə aparacaqlar.
Qapıçılar: Zander Klark ( “Harts”), Anqus Qann (“Norviç”, İngiltərə), Liam Kelli (“Mozervell”);
Müdafiəçilər: Endi Robertson (“Liverpul”, İngiltərə), Kiran Tirni (“Real Sosyedad”, İspaniya), Cek Hendri (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Rayan Porteus (“Uotford”, İngiltərə), Liam Kuper (“Lids”, İngiltərə), Skott Makkenna (“Kopenhagen”, Danimarka), Qrant Henli (“Norviç”, İngiltərə), Qreq Teylor, Entoni Ralston (hər ikisi “Seltik”), Ross Makkrori (“Bristol Siti”, İngiltərə);
Yarımmüdafiəçilər: Kallum Makqreqor (“Seltik”), Rayan Kristi (“Bornmut”, İngiltərə), Billi Gilmor (“Brayton”, İngiltərə), Con Makginn (“Aston Villa”, İngiltərə), Kenni Maklin (“Norviç”, İngiltərə), Skott Maktominey (“Mançester Yunayted”, İngiltərə), Stüart Armstronq (“Sauthempton”, İngiltərə), Rayan Cek (“Reyncers”);
Hücumçular: Çe Adams (“Sauthempton”, İngiltərə), Lourens Şenklend, (“Harts”), Ben Doak (“Liverpul”, İngiltərə), Ceyms Forrest (“Seltik”), Luis Morqan (“Nyu York Red Bulls”, ABŞ).