İdmançılarımız İngiltərəyə yollandı

İdmançılarımız İngiltərəyə yollandı

Parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-Prinin final mərhələsində iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi yığma turnirdə iştirak etmək üçün sözügedən ölkəyə yola düşüblər.

Komandanın heyətində Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) yer alacaq. Parataekvondoçular K-44 kateqoriyasında mübarizə aparacaqlar.