Yığmamızın məşqçilər korpusu istefaya göndərildi - RƏSMİ
Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasının məqşçilər korpusu ietsfaya göndərilib.
mediasport.az saytının əldə etdiyi məlumata görə, federasiya rəhbərliyi III Avropa Oyunları öncəsi əsas milli komandanın çalışdırıcısı Reza Mehmandost və böyük məşqçi Elnur Amanovla vidalaşıb.
Polşanın Krakov şəhərində iyunun 21-də başlanacaq III Avropa Oyunlarında taekvondoçularımıza müvəqqəti olaraq gənclərdən və yeniyetmələrdən ibarət yığmaların çalışdırıcıları - Məmməd Abdullayevlə Rəşad Məmmədov rəhbərlik edəcəklər.
Qeyd edək ki, millimiz son olaraq Bakıda keçirilən dünya çempionatında uğursuz çıxış edib. 13 taekvondoçumuzdan heç biri medal qazana bilməyib.