"Sabah" Serbiya klubunun futbolçusunu transfer edib
Bir müddətdir növbəti mövsümün transfer çalışmalarına start verən "Sabah" daha bir futbolçu ilə anlaşıb.
Hazırkı heyətdən Boyan Letiç və Jon İrasaballa əməkdaşlığın müddətini uzadan Masazır təmsilçisi Serbiyanın "Napredak" klubunun üzvü Oqnyen Mrşiçlə "əl sıxışıb".
Krusevaç klubunun 25 yaşlı mərkəz müdafiəçisi yeni mövsümdən "bayquşlar"ın formasını geyinməyə razılıq verib.
Onun Serbiya klubu ilə müqaviləsi bu yay başa çatacaq. 4 ildir "Napredak"da oynayan Mrşiçin keçidini şəxsən "Sabah"ın xorvatiyalı baş məşqçisi Krunoslav Renduliin həll etdiyi bildirilir.
Qeyd edək ki, Mrşiç "Napredak"da 56 oyun keçirib, 1 qol vurub.
Mediasport.az