"Şamaxı" Premyer Liqada!

"Şamaxı" Premyer Liqada!

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub və gələn sezon Premyer Liqada iştirak edəcək komandanın adına aydınlıq gətirilib.

Mediasport.az xəbər verir ki, "Şamaxı" 1 illik fasilədən sonra elitaya qayıdışını evdə rəsmiləşdirib.

Turun bütün matçları eyni saatda başlanıb.

57 xal toplayan lider "Şamaxı" doğma meydanda autsayder "Araz Saatlı"nı məğlub edərək ən yaxın izləyicisi "Qaradağ Lökbatan"ı qabaqlayıb.

"Araz Saatlı"nın liqanı tərk edəcəyi müəyyənləşib, Aran təmsilçisi növbəti mövsüm 2-ci Liqada yarışacaq.

1-ci Liqada 9-cu olacağı dəqiqləşən "Difai Ağsu" isə 2-ci Liqada 2-ci yeri tutan "Cəbrayıl"la pley-off görüşləri keçirəcək.


Azərbaycan 1-ci Liqa. 27-ci tur


16:00 MOİK - “İmişli” 2:1

Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Orxan İbişov, Alik Yunusov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Binə qəsəbə stadionu


16:00 “Şamaxı” - “Araz Saatlı” 3:1

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.


16:00 “Mingəçevir” - “Qaradağ Lökbatan” 2:2

Hakimlər: Rəvan Həmzəzadə, Müslüm Əliyev, Teymur Teymurov, Murad Səlimov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.


16:00 “İrəvan” - “Karvan” 3:8

Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Sənan Atayev, Rəsul Babayev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Mahal Məmmədov.


16:00 “Difai Ağsu” - “Zaqatala” 1:1

Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Əli Əliyev.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.



1 Şamaxı 27 16 9 2 60-22 57
2 Qaradağ Lökbatan 27 15 9 3 46-21 54
3 MOİK 27 14 7 6 53-28 49
4 İmişli 27 13 8 6 38-21 47
5 Karvan 27 13 5 9 40-34 43
6 Zaqatala 27 7 10 10 31-34 31
7 İrəvan 27 8 3 16 32-59 27
8 Mingəçevir 27 7 6 14 20-39 27
9 Difai Ağsu 27 5 8 14 33-43 23
10 Araz Saatlı 27 4 1 22 28-80 13



Bombardirlər:

Elmir Rəhimzadə (MOİK) - 16 qol

Elşad Tağıyev ("Şamaxı") - 15 qol

Emin Zamanov ("Şamaxı") - 13 qol

Xəlil Bəşirov ("Qaradağ Lökbatan") - 11 qol

Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 11 qol

Xəzər Mahmudov ("İmişli") - 9 qol