Vüsal üçün 45 dəqiqə, komandası autsayderlə "sülh" bağlayıb
Futbol üzrə Albaniya Superliqasında 16-cı turun oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Eqnatia" turu xal itkisi ilə başa vurub.
Autsayder "Teuta" ilə qarşılaşma məhsuldar heç-heçə ilə sona çatıb - 2:2.
İsgəndərli bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.
Xatırladaq ki, "Eqnatia" xal itirsə də, hazırda ölkə çempionatının turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.