Xankəndi-Bakı ultra marafonunun dördüncü mərhələsi keçirilib
“İdman həftəsi” çərçivəsində martın 3-də Xankəndi-Bakı ultra marafonunun 4-cü mərhələsi keçirilib.
Mediasport.az xəbər verir ki, 17 nəfərin iştirakı ilə Hacıqabuldan start götürən dördüncü mərhələ 70 km məsafəni əhatə edərək Qobustanda başa çatıb.
17 nəfərin hamısının finişə çatdığı bu raundda kişilər arasında Artyom Əliyev (Azərbaycan) birinci, Yadigar Hüseynov (Azərbaycan) ikinci, Murat Kaya (Türkiyə) üçüncü olublar.
Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.