"Şamaxı" çempion oldu

"Şamaxı" çempion oldu

Futzal üzrə Birinci Liqada mövsümün qalibi və medalçıları müəyyənləşib.

mediasport.az xəbər verir ki, “Şamaxı” həlledici görüşdə MUM komandasını 3:2 hesabı ilə məğlub edərək Azərbaycan çempionu adını qazanıb.

Şamaxı təmsilçisi bununla da Yüksək Liqaya vəsiqəni təmin edib.

MUM ikinci yeri tutub, “Baku Fire-2” isə bürünc medalçı olub. Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib.


Birinci Liqa. Final


"Şamaxı" - MUM 3:2

Qollar: Mirkamil Əliyev, 8:54, Elçin İsmayılov, 25:59, Vüsal İsayev, 26:24 - Seymur Usmanov, 15:21 ö/q, Elvin Əlizadə, 28:49.