"Rəqib bizdən daha yaxşı oynadı, onların qol epizodları çox oldu"
"Rəqib bizdən daha yaxşı oynadı, onların qol epizodları çox oldu".
Mediasport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Qazaxıstana 2:3 hesabı ilə uduzduqları DÇ-2024-ün elit mərhələ matçı barədə danışarkən deyib.
Mütəxəssis qarşılaşmanın çətin keçdiyini qeyd edib: "Hesabda 2 top fərqi ilə önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik. Qazaxıstan millisini təbrik edirəm. Uşaqlar sona qədər mübarizə apardılar, əllərindən gələni etdilər. 5-in 4-ə oynayan zaman şanslarımız oldu, amma fərqlənə bilmədik".
Borisov növbəti görüşü düşünməli olduqlarını vurğulayıb: "Bakıda Rumıniya ilə qarşılaşacağıq. Bu matçda qələbə qazanmalıyıq ki, mübarizəni davam etdirmək imkanımız olsun. Düzdür, heyətimizdə itkilər olacaq. Bu gün sarı vərəqə alan Eduardo cəzalı duruma düşdü. Əvəzində analoji səbəbdən Astanadakı oyunu buraxan Felipinyo komandaya qoşulacaq”.