Cüdoçularıımızdan yalnız Nəcəfov medal qazana bildi - "Böyük dəbilqə"
Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük dəbilqə" turnirinin ilk günündə yalnız 1 medalla kifayətləniblər.
MediaSport.az xəbər verir ki, 4 idmançımızdan yalnız 66 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov bürünc medal qazana bilib.
66 kq çəkidə digər təmsilçimiz Kəramət Hüseynov, qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyeva (52 kq) yarışı medalsız başa vurublar.
"Böyük dəbilqə" iyunun 25-də yekunlaşacaq.